Prezidentin Mətbuat Xidmətinin məlumatı | SON XƏBƏR | SON XƏBƏR

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına telefonla zəng etmişdir. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik etmiş, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırmışdır.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmiş və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik etmiş, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırmışdır.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>