Qazaxıstanda XII iqtisadi forum başlayıb | SON XƏBƏR | SON XƏBƏR

Qazaxıstanda XII iqtisadi forum başlayıb

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda XII iqtisadi forum fəaliyyətə başlayıb.

Forumun bu dəfəki mövzusu "İlhamverici böyümə: insanlar, şəhərlər, iqtisadiyyatlar" olacaq.

Forumda 74 ölkədən siyasətçilər, iş adamları, tədqiqatçılar və müstəqil ekspertlər iştirak edir. Qeydiyyatdan keçən nümayəndələrin sayı 5 492nəfərdir.

İki gün davam edəcək forum çərçivəsində 30 ölkədən 710 nəfər müxtəlif mövzularda çıxış edəcək. Forum çərçivəsində bəzi sessiyalara "Euronews"dan tanınmış jurnalisti Ştefan Qrobe (Shtefan Grobe) və CNN-dən Con Deftorios (John Deftorios) moderatorluq edəcək.

AEF-2019-da iştirak edənlər arasında Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristina Laqard (Christine Lagard), Çinin vitse-baş naziri Han Çenq (Han Zheng), Ermənistan prezidenti Armen Sarqsyan, Nokia qrupunun direktoru Risto Siilasmaa, Dünya Bankının 2016-2018-ci illərdəki baş iqtisadçısı olmuş Pol Maykl Romer (Paul Michael Romer) və başqa şəxslər dəvət edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>