Şənbə günü Qız qalasına giriş pulsuz olacaq | SON XƏBƏR | SON XƏBƏR

Şənbə günü Qız qalasına giriş pulsuz olacaq

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edib.

“Açıq qapı” günü paytaxt sakinləri və şəhərin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” DTEQ ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>