"Sabah" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq | SON XƏBƏR | SON XƏBƏR

“Sabah” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

“Sabah” futbol komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı bəlli olub.

Klubun mətbuat xidmətindən   verilən məlumata görə, kollektiv iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu nəzərdə tutulub.

Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində olacaq. Paytaxt komandası iyulun 16-da qonşu ölkəyə yollanacaq. Buradakı hazırlıq prosesi iyulun 29-dək davam edəcək. “Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Sabah" 2018-2019 mövsümünü 27 xalla 7-ci pillədə başa vurub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>