Stallone Kann kinofestivalında "Rembo-V" filmini təqdim edəcək | SON XƏBƏR | SON XƏBƏR

Stallone Kann kinofestivalında “Rembo-V” filmini təqdim edəcək

Amerika aktyoru Silvestr Stallone "Rembo V: Sonuncu qan" filmini təqdim etmək üçün 72-ci Kann kinofestivalına gəlmək niyyətindədir.

Sonxəbər.info TASS-a istinadən xəbər verir ki, Vyetnam müharibəsi veteranı Con Rembo haqqında növbəti filmin çəkilişləri bir neçə aydır başa çatıb.

Stallone ekran əsərinin 24 mayda keçiriləcək xüsusi nümayişində iştirak etməyə hazırlaşır.

"Aktyor ekranlara növbəti payızda qayıdacaq: Silvestr Stallone yenidən Con Rembo rolunu canlandıracaq", — deyə festival təşkilatçıları bildiriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>