Villian: "Finalda "Arsenal" üzərində qələbə üçün hər şeyi edəcəyik" | SON XƏBƏR | SON XƏBƏR

Villian: “Finalda “Arsenal” üzərində qələbə üçün hər şeyi edəcəyik”

"Finalda qələbə bizə mövsümü müsbət dəyərləndirmək imkanı verəcək".

Bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Villian Bakıda "Arsenal"a qarşı keçirəcəkləri Avropa Liqasının final matçı barədə "Mirror"a açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi mövsümün komandası üçün çox da yaxşı keçmədiyini bildirib. Onun fikrincə, Premyer Liqanın qalibi olsaydılar, bu daha yaxşı nəticə sayıla bilərdi.

Braziliyalı oyunçu özü və komanda yoldaşlarının daha yüksək səviyyədə çıxış etməyə qadir olduqlarını vurğulayıb: "Daha artığına qadir olduğumuzu anlayırıq. Mövsümün sonunda qarşımıza bir neçə hədəf qoyduq və onlardan bəzilərinə nail olduq. Premyer Liqada 3-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazandıq, Avropa Liqasında finala yüksəldik. Sonda bu kuboku da qazana bilsək, mövsümü yaxşı adlandıra bilərik. Əlbəttə, hər zaman daha artığını əldə etmək istəyirsən".

Final oyununa motivasiya olunduqlarını deyən Villian kubok qazanmağın vacibliyinə diqqət çəkib: "Avropa Liqasının finalı bizim üçün mövsümü aydınlaşdıracaq. "Arsenal"a qarşı oynamaq hər zaman çətindir. Amma biz qələbə üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlanacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>