İyun 1, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » İyun » 01

Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb

Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb

Azərbaycan milli komandası Macarıstan və Slovakiya ilə AVRO-2020-nin seçmə qrup oyunlarından əvvəl yoxlama matçı keçirib. Rəqib Azərbaycanın U-21 yığması olub. Qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-ci dəqiqədə Dmitri Nazarov penaltidən fərqlənib. 80-ci dəqiqədə Ağabala Ramazanov da penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqə isə Araz Abdullayev fərqi daha da artırıb. Baş məşqçi Nikola […]

“Qəbələ”dən ayrılan futbolçu “Zirə”yə keçib

“Qəbələ”dən ayrılan futbolçu “Zirə”yə keçib

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. “Qəbələ”dən ayrılan Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Cavid Hüseynovun “Zirə”nin mətbuat xidmətinə keçidi ilə bağlı açıqlama verib: “Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni […]

“Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında növbəti humanitar aksiyaya start verilib

“Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında növbəti humanitar aksiyaya start verilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə peşəkar kardioloq həkimlərdən ibarət səyyar komanda bu gün Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində və Füzuli rayonunun Horadiz qəsəbəsində növbəti humanitar aksiyaya start verib. Onlar Qarabağ bölgəsindəki uşaqların pulsuz kardioloji müyinəsini həyata keçirirlər. Milli Məclisin deputatı, həkim- kardioloq, tibb elmləri doktoru Rəşad Mahmudovun bildirdiyinə görə, azərbaycanlı və Türkiyədən gəlmiş həkimlərin […]

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib. Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, […]

Nazir sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Nazir sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsində yaşayan uşaqlarla və Paralimpiya İdman Kompleksində yarışlara hazırlaşan uşaq paralimpiyaçılarla görüşüb. Nazirlikdən  verilən məlumata görə, S.Babayev Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, müəssisədə uşaqların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və […]

Azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətmiş sürücü tutulmuşdur

Azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətmiş sürücü tutulmuşdur

Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilmişdir. Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxəbər.info-ya verilən məlumata görə,iyunun 1-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Elnur Şiriyevin 108A nömrəli marşrut xətti üzrə idarə etdiyi  “Daewoo” markalı, […]

Prezident İlham Əliyev İtaliya Prezidentinə məktub göndərib

Prezident İlham Əliyev İtaliya Prezidentinə məktub göndərib

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında zəngin tarixə malik […]

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Sonxəbər.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 20-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi […]

XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir təqdim olunub (FOTO)

XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir təqdim olunub (FOTO)

  Bu gün XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir ictimaiyyətə təqdim olunub. Qeyd edək ki, “Bakı 2019″ XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək. Sonxəbər.info Trend-ə istinadən  XV Avropa Gənclər Yay Olimpiya Festivalı maskotlarının fotolarını təqdim edir:  FOTO: Zaur Mustafayev

Nazir 50 gün sonra Azərbaycanda baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqdan danışdı (FOTO)

Nazir 50 gün sonra Azərbaycanda baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqdan danışdı (FOTO)

Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə 50 gün qalır. Trend-in məlumatına görə, bunu “Bakı 2019″ XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov […]

Page 1 of 212