İyun 4, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » İyun » 04

Gürcüstanın baş naziri müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Gürcüstanın baş naziri müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkə müsəlmanlarını Ramazan ayının başa çatması münasibətilə təbrik edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı müsəlman vətəndaşlara əmin-amanlıq və xoşbəxtlik arzulayıb. “Böyük dini bayram olan Ramazan bayramı münasibətilə sizi təbrik edirəm. Ölkəmizə və ailələrinizə sülhlü gələcək, tərəqqi və uğurlar diləyirəm”, – deyə M.Baxtadze təbrikində vurğulayıb. Baş nazirlə yanaşı, Gürcüstanın Dini […]

“DOST süfrəsi” kampaniyası başa çatır

“DOST süfrəsi” kampaniyası başa çatır

Ramazan ayının başa çatması ilə əlaqədar bu müqəddəs ay boyu davam edən “DOST süfrəsi” aksiyasına da yekun vurulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar mart ayında keçirilən “DOST xonçası” kampaniyasının davamı olaraq, Ramazan ayının gəlişi ilə bağlı “DOST süfrəsi” aksiyası başladılmışdı. Aksiya bu müqəddəs ayın yüksək dəyərlərindən biri […]

Serena Uilyams ilk ən varlı qadın idmançı kimi tarixə düşüb

Serena Uilyams ilk ən varlı qadın idmançı kimi tarixə düşüb

  Amerikalı tennisçi Serena Uilyams “Forbes” jurnalına görə ilk ən varlı qadın idmançı kimi tarixə düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə nəşrin “Twitter” səhifəsində məlumat verilib. Otuz yeddi yaşlı idmançının qazancı 225 milyon dollara çatıb. Qadın Tennis Assosiasiyasının (WTA) açıqladığı məlumata görə, tennisçinin idman karyerası ərzində qazandığı mükafatların həcmi 88,5 milyon dollar təşkil edib. Amerikalı […]

Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir (FOTO)

Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir (FOTO)

“Böyük İpək yolu”nun tərkib hissəsi olan və 503 km məsafəni əhatə edən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma […]

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 32-36, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu […]

Atəşkəs 30 dəfə pozulub

Atəşkəs 30 dəfə pozulub

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Müdafiə Nazirliyindən Sonxəbər.info-ya  verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən […]

Zakir Həsənov: Ordumuz ən müasir silahlarla təmin edilib

Zakir Həsənov: Ordumuz ən müasir silahlarla təmin edilib

  Müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar! Sizi Ramazan bayramı münasibətilə təbrik edir, şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Mərhəmət, şəfqət, xeyirxahlıq, humanizm hissləri aşılayan Ramazan ayını xalqımız həmişə […]

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.06.2019)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.06.2019)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,63% artaraq 1,9120 manat, Rusiya rublunun məzənnəsi isə 0,39% artaraq 0,0260 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1.9120 1 Rusiya rublu 0.0260

Planetlərdən birinə İmadəddin Nəsimin adı verilib

Planetlərdən birinə İmadəddin Nəsimin adı verilib

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, müvafiq vəsatət rəsədxananın fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, BAİ üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb. Nəsimi planetinin kataloq […]

 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərə çağırış etdi

 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərə çağırış etdi

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi ermənilərə çağırış edib. Trend-in məlumatına görə, icma ermənilərdən işğal altında olan ərazilərimizdə xalqımıza məxsus tarixi və mədəni abidələrimizi dağıtmağa son qoymalarını tələb edir: “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağırış edib. Ermənistan ictimaiyyəti üçün […]

Page 1 of 212