İyun 5, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » İyun » 05

Dünyanın ən varlı müğənnilərinin adları açıqlanıb

Dünyanın ən varlı müğənnilərinin adları açıqlanıb

Dünyanın ən varlı müğənnilərinin adları açıqlanıb. Forbes nəşrinin hazırladığı reytinq siyahısına 600 milyon dollar varidata sahib olan barbadoslu gözəlçə Rihanna başçılıq edir. İkinci yerdə 570 milyon dollara malik Madonna gəlir. Üçüncü yerdə Selin Dion (450 milyon dollar), 4-cü yerdə isə Beyonse (400 milyon dollar) qərarlaşıb. Trend

Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası iyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində keçirilib. İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad […]

Bakıda azyaşlı qız itkin düşüb – FOTO

Bakıda azyaşlı qız itkin düşüb – FOTO

İtkin düşən Zəhra Bakıda 3 yaşlı uşaq itkin düşüb. Yaxınlarının  verdiyi məlumata görə, 3 yaşlı Bağırova Zəhra Rəsul qızı iyunun 4-ü, saat 14 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşüb. Hadisə ilə bağlı polisə məlumat verilib. Fotodakı uşağı görənlərdən 050 505 40 09 telefon nömrəsinə zəng vurmaları xahiş olunur. Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı […]

Avtovağzal: Sərnişin sıxlığı Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub

Avtovağzal: Sərnişin sıxlığı Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) iyunun 4-dən başlayaraq iyunun 10-dək gücləndirilmiş iş rejimində çalışacaq. BBAK-dan verilən məlumata görə, iyunun 4-də şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb. Məlumatda deyilir ki, sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub: “Beynəlxalq istiqamətlərə isə 30reyslə 1 100 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul şəhərinə olub”. Həmçinin […]

Bakıdakı “Cavanşir” körpüsü sökülür – FOTO

Bakıdakı “Cavanşir” körpüsü sökülür – FOTO

Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” körpüsü söküləcək. Körpünün yerində yeni yolun salınması nəzərdə tutulub. Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir […]

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

İyunun 6-na gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Sonxəbər.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-45% olacaq. Abşeronun şimal çimərliklərində […]

Birinci vitse-prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir – QMİ sədri

Birinci vitse-prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir – QMİ sədri

  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar məclisləri təşkil etməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə “Təzə Pir” məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib. A.Paşazadə bildirib ki, Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin […]

Prezident İlham Əliyev Zakir Həsənovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Zakir Həsənovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilir.

Bakıda Ramazan bayramı münasibəti ilə yarmarkalar keçirilir

Bakıda Ramazan bayramı münasibəti ilə yarmarkalar keçirilir

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC Ramazan bayramı münasibəti ilə Bakıda “Kənddən Şəhərə” yarmarkaları keçirir. Sabah başa çatacaq yarmarkalar paytaxtın 2 yerində – Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsindəki 225 saylı orta məktəbin qarşısında və Nizami rayonunun Qara Qarayev prospektindəki “Orbita” ticarət mərkəzinin yanında təşkil edilib. “Kənddən Şəhərə” yarmarkalarında vətəndaşlar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları […]

Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub

Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Bu barədə Sonxəbər.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, […]