İyun 8, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » İyun » 08

Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın dövlət başçısı Marselu Rebelu di Souzaya təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Belə bir […]

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulmuşdur

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulmuşdur

Baş Prokurorluq Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxəbər.info-ya bildirilib ki, iyunun 7-də Bərdə rayon ərazisində 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində avtomobildə olan sərnişinlər – İlyas Gülməmmədov və Nizami Əliyevin aldıqları […]

Gürcüstanda daşqın olub, 500 evlik kəndlə əlaqə kəsilib

Gürcüstanda daşqın olub, 500 evlik kəndlə əlaqə kəsilib

Aramsız yağışlar Gürcüstanın Xaraquli rayonunda ciddi fəsadlar törədib. “Report”un yerli bürosu xəbər verir ki, daşqın nəticəsində 500 ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən təcrid olunub. Məcrasından çıxan çaylar rayonda yollar, körpülər, yaşayış evləri və yardımçı tikililərin dağılmasına səbəb olub. Əkin sahələri və ev təsərrüfatlarına da ciddi ziyan dəyib. Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər […]

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə Abşeronda 19-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil […]

Bakıda polis şöbəsində vəkilin döyülməsinə görə polislər işdən çıxarılıb

Bakıda polis şöbəsində vəkilin döyülməsinə görə polislər işdən çıxarılıb

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlinin döyülməsinə görə iki polis əməkdaşı işdən çıxarılıb. Bunu vəkil Anar Qasımlı bildirib. Belə ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və […]

Daxili işlər orqanlarında yeni təyinat olub

Daxili işlər orqanlarında yeni təyinat olub

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Balakən Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini polkovnik-leytenant Qədim Həsənov vəzifəsindən azad edilib. O, digər əmrlə Şəmkir RPŞ-nin Zəyəm Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

MN: Düşmən atəşkəs rejimini 19 dəfə pozub

MN: Düşmən atəşkəs rejimini 19 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sonxəbər.info-ya bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri […]