ABŞ-ın tanınmış diplomatı gürcü jurnalistlə evlənib | SON XƏBƏR | SON XƏBƏR

ABŞ-ın tanınmış diplomatı gürcü jurnalistlə evlənib

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker evlənib.

Diplomat “Amerikanın səsi” radiosunun jurnalisti İa Meurmişvili ilə ailə həyatı qurub.

Cütlüyün nikahı iyunun 15-də Vaşinqtonda baş tutub.

Qeyd edək ki, 54 yaşlı K.Volker 2008-2009-cu illərdə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi olub. O, 2011-ci ildən Makkeyn İnstitutunun direktorudur. Təcrübəli diplomat 2017-ci il iyulun 7-də ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin olunub.

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>