Avtovağzal: Sərnişin sıxlığı Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub | SON XƏBƏR | SON XƏBƏR

Avtovağzal: Sərnişin sıxlığı Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) iyunun 4-dən başlayaraq iyunun 10-dək gücləndirilmiş iş rejimində çalışacaq.

BBAK-dan verilən məlumata görə, iyunun 4-də şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb.

Məlumatda deyilir ki, sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub: “Beynəlxalq istiqamətlərə isə 30reyslə 1 100 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul şəhərinə olub”.

Həmçinin bildirilib ki, bu gün isə bu dəqiqələrə olan statistikaya görə, 228 reyslə 6 700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 000-ə yaxın olacağı gözlənilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>