Azərbaycan gözəli” dənizdə boğulurmuş – FOTO | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan gözəli” dənizdə boğulurmuş – FOTO

Azərbaycan gözəli” dənizdə boğulurmuş – FOTO

“Azərbaycan gözəli 2019”-un qalmaqallı qalibi model Melisa Nuriyevanın başına xoşagəlməz iş gəlib.

 Melisa ötən ilin bu günü dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşdiyini bildirib.

O, şəxsi “Instagram” hesabında dəniz kənarında foto paylaşaraq hadisəni bu cür şərh edib:

“Tam bir il. Allahım, keçən ilin bu günündə məni dənizin əlindən alıb, ölümdən qurtarıb həyata qaytardığın üçün, hər günüm üçün sənə şükür edirəm. Möcüzəyə gözlərimlə şahid oldum, ya Rəbbim. Demək, Allah insanlara yenidən yaşam şansı verirsə, deməli, bir bildiyi var”.

Qeyd edək ki, M.Nuriyeva ADİU-nin məzunudur. O, ölkəmizlə yanaşı, xaricdə keçirilən bir sıra gözəllik müsabiqələrində iştirak edib. Melisa “Azərbaycan gözəli-2019” və “Brand of Azerbaijan awards-2019” “İlin modeli” nominasiyasında qalib olduqdan sonra tanınmağa başlayıb.

Oxu.Az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>