“Bakı Metropoliteni”nin yeni aldığı qatarların üstünlükləri açıqlanıb – FOTO | SON XƏBƏR | SON XƏBƏR

“Bakı Metropoliteni”nin yeni aldığı qatarların üstünlükləri açıqlanıb – FOTO

“Bakı Metropoliteni”nin yeni aldığı qatarların üstünlükləri açıqlanıb – FOTO

Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 yeni qatarın bir sıra üstünlükləri var.

Bu barədə metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qatarı formalaşdıran 5 vaqonun hər birinin ayrıca mühərriki var: “Adətən metro qatarlarında 2 mühərrik olur ki, onlar da baş vaqonlara quraşdırılır. Amma metronun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizlə hər vaqona mühərrik qoyulub”.

Bundan başqa, B.Məmmədov deyib ki, yeni qatarlarda kondisioner sisteminə xüsusi diqqət yetirilib: “Tələbimizə uyğun olaraq, vaqonlardakı kondisionerlər mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Bu isə onlardan daima istifadə etməyə imkan verir. Bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>