Baş prokurorun müavini iki rayonun sakinlərini qəbul edəcək | SON XƏBƏR | SON XƏBƏR

Baş prokurorun müavini iki rayonun sakinlərini qəbul edəcək

Baş prokurorun müavini Namiq Əsgərov

Baş prokurorun müavini Namiq Əsgərov iyunun 14-də saat 10:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Goranboy və Xocalırayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Sonxəbər.info-ya Baş Prokurorluqdan məlumat verilib.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Goranboy rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>