Binəli Yıldırım bələdiyyə seçkilərində səs verib | SON XƏBƏR | SON XƏBƏR

Binəli Yıldırım bələdiyyə seçkilərində səs verib

Binəli Yıldırım bələdiyyə seçkilərində səs verib

Ədalət və İnkişaf partiyasından İstanbulun meri vəzifəsinə namizəd Binəli Yıldırım təkrar bələdiyyə seçkilərində səs verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, B.Yıldırım səs verdikdən sonra jurnalistlərə açıqlama da verib.

B.Yıldırın bildirib: “Bu gün söz haqqı İstanbul xalqınındır. Onlar bu gün öz seçimlərini edəcəklər”.

Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>