Birinci vitse-prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir – QMİ sədri | SON XƏBƏR | SON XƏBƏR

Birinci vitse-prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir – QMİ sədri

 Birinci vitse-prezident Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir – QMİ sədri

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar məclisləri təşkil etməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə “Təzə Pir” məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə bildirib ki, Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin Azərbaycanda təşkil olunan iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı və multikultural həyatı göstərdi.

QMİ sədri Azərbaycanda dini durumun çox yaxşı olduğunu və dindarlar üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.

A.Paşazadə dindarlar adından dövlətə təşəkkür etdiyini bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>