Dəri tipiniz haqqında məlumatınız varmı? | SON XƏBƏR | SON XƏBƏR

Dəri tipiniz haqqında məlumatınız varmı?

Dəri tipiniz haqqında məlumatınız varmı?

Dərimizin canlılığı, parlaqlığı və diriliyi ən mühüm sağlamlıq göstəricilərindəndir. Buna görə də 20 yaşından etibarən hər bir qadın üçün ayda bir dəfə təmizlik və qorunma üçün dəriyə qulluq etməsi çox faydalıdır. Dərimizin təmizlənməsi və baxımı, yaş irəlilədikcə qırışların və deformasiya kimi problemlərin qarşısını almaq üçün çox faydalıdır. Əks təqdirdə, UV şüaları, makiyaj, sərbəst radikallar, siqaret çəkmək kimi zərərli vərdişlər, stress, hava dəyişiklikləri və qidalanma dərimizə mənfi təsir edər və gənc olmasına baxmayaraq bizi yorğun və solğun göstərə bilər.

Dəri tipləri hansılardır?

Normal dəri

Görünüşü şəffaf, məsamələri sıx, ləkəsiz və problemsiz bir dəri. Təbii gözəlliyini yüngül qayğı ilə qoruyur. İstifadəsi lazım olan məhsullar: Süd tərkibli təmizləyici, spirtsiz normal bir tonik və su tərkibinə malik olan yumşaq nəmləndirici.

Qarışıq dəri

Alın, burun və çənə hissəsi yağlıdır. Başqa sözlə desək, “T” formalı bir yağlama meydana gəlir. Yağlı hissələrdə qara nöqtələr, sızanaqlar və açıq məsamələr ola bilər. İstifadəsi lazım olan məhsullar: Süd tərkibli təmizləyici, aşağı miqdarda spirtli tonik, dərinin vəziyyəti və zəruri hallarda göz bölgəsi üçün krem formalı nəmləndiricilər.

Quru dəri

İncə, kiçik məsamələrə malik qapalı dəri. Lakin, yağın ifrazı normal səviyyədə olduğu üçün görünüşü zərif və matdır. Dəri sıxdır, ancaq tez qırışır. İstifadəsi lazım olan  məhsullar: Süd tərkibli təmizləyici, spirtsiz tonik, yağ ehtiva edən nəmləndirici, qidalandırıcı gecə kremi, göz kremi və nəmləndirici maska.

Yağlı dəri

Görünüşü parlaq və yağlı, məsamələri açıq bir dəri tipi. Məsamələr əsasən dolu, qara nöqtə ve sızanaqlıdır. Yağlı dəri problemlərinin qarşısının alınması üçün çox diqqətli gündəlik təmizləmə proqramı tətbiq edilməlidir. İstifadəsi lazım olan məhsullar: Səpmənin qarşısını almaq üçün gel tipli təmizləyici, spirtli tonik, su formasında nəmləndirici, təmizləyici və sıxlaşdırıcı maskalar.

Yağlı dəridə sızanaqlar meydana gələrsə

Sızanaq qara nöqtələrlə qapalı olan məsamələrdən artıq yağ ifrazının qarşısının alınması ilə yağın olduğu yerdə yığılması nəticəsində yaranır. Yağlı və sızanaqlı dəridə istifadə ediləcək məhsullar diqqətlə seçilməlidir. İstifadə olunması lazım olan məhsullar: Antiseptik sabun (kükürd tərkibli) olan məhsullar.

Yağlı dəri həssasdırsa

Bu tip dərilərdə iri məsamələr, bəzən də qırmızı ləkələr olur. Daxili və xarici faktorlara qarşı həssasdır. Qaşıntı və yanma hissi yarana bilər. İstifadəsi lazım olan məhsullar: Süd tərkibli təmizləyici, tamamilə spirtsiz tonik, anti-allergik kremləri və su tərkibi olan yumşaq nəmləndiricilər.

Röya Rasimqızı, “İki sahil”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>