Günəşdən özünüzü gözləyin… | SON XƏBƏR | SON XƏBƏR

Günəşdən özünüzü gözləyin…

Günəşdən özünüzü gözləyin…

Günəş şüalarından kifayət qədər qorunmadıqda günəş yanıqları qaçılmaz hal alır.  Günəş kremi istifadə edərək yanmalardan qorunmaq ən yaxşı tədbirdir.

Evdə sadə üsullarla günəş yanıqlarını müalicə etmək olar.

Xiyar: Xiyar qabığını soyduqdan sonra suyunu sıxıb, yanmış yerə yüngül toxunuşla gündə 2-3 dəfə tətbiq edə bilərsiniz. Xiyar tərkibində olan vitaminlər sayəsində dərinizi yeniləyəcək və günəş yanığının səbəb olduğu yanma və ağrı hissləri azalacaq.

Zeytun yağı: Zeytun yağı yanma müalicəsi üçün geniş istifadə olunan bir üsuldur. Yanmış dərinin qurumasını aradan qaldırır, dəriyə yumşaqlıq və canlılıq hissi verir, yanıqdan yaranan yanma və ağrı hissini yüngülləşdirir.

Qatıq: Yanan dərini rahatladır. Yanan bölgəni tamamilə müalicə etməsə də, yanma və ağrı hissini azaltdığı məlumdur. Gündə 3-4 dəfə tətbiq oluna bilər.

Aloe Vera: Ən təsirli vasitələrdən biri olan aloe bitkisinin yanıqların müalicəsi üçün möcüzəli təsiri olduğu göstərilir. Bu bitki ilə siz günəş yanıqlarını qısa müddətdə sağaldıb dərinizi bərpa edə bilərsiniz.

Alma sirkəsi: Alma sirkəsi bədən üçün çox faydalıdır. Xüsusilə dəri təmizləyici vasitə kimi tövsiyə edilən alma sirkəsi ilə günəş yanığını asanlıqla müalicə etmək olar. Gündə 3-4 dəfə dərinin nəmləndirilməsi və ağrıları azaltmaq üçün yanmış sahəyə tətbiq etmək olar.

Günəş yanıqları olan zaman bol su içmək vacibdir

Həddindən artıq günəş şüasına məruz qalmış dəri quruyur. Dərinin nəm səviyyəsini qorumaq üçün mümkün quruluğun və həddindən artıq su itkisinin qarşısını almaq üçün bol su içilməlidir.

Bir neçə gün ərzində sağalmayan yaralara diqqət edin

Sadə günəş yanığı 2-3 gün ərzində solmağa  başlayır. Lakin yanan bölgələrdə suluğun əmələ gəlməsi və dərinin şişməsi halında həkimə müraciət edin.

Röya Rasimqızı, “İki sahil”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>