Gürcüstanda daşqın olub, 500 evlik kəndlə əlaqə kəsilib | SON XƏBƏR | SON XƏBƏR

Gürcüstanda daşqın olub, 500 evlik kəndlə əlaqə kəsilib

Aramsız yağışlar Gürcüstanın Xaraquli rayonunda ciddi fəsadlar törədib.

“Report”un yerli bürosu xəbər verir ki, daşqın nəticəsində 500 ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən təcrid olunub.

Məcrasından çıxan çaylar rayonda yollar, körpülər, yaşayış evləri və yardımçı tikililərin dağılmasına səbəb olub. Əkin sahələri və ev təsərrüfatlarına da ciddi ziyan dəyib.

Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Hadisə yerinə xüsusi texnika cəlb olunub.

Yaradılmış xüsusi qərargah rayona dəyən ziyanın həcmini hesablayır. Təbii fəlakət Xaraquli rayonunun Didvake kəndində də fəsadlar törədib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>