Hindistanda itən An-32 təyyarəsinin qalıqları tapılıb | SON XƏBƏR | SON XƏBƏR

Hindistanda itən An-32 təyyarəsinin qalıqları tapılıb

Hindistanda itən An-32 təyyarəsinin qalıqları tapılıb

Hindistanın hərbi aviasiyası iyunun 3-də ölkənin şimal-şərqində radarlardan itən An-32 hərbi-nəqliyyat təyyarəsinin qalıqlarını aşkarlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi deyib.

“Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri itən An-32 təyyarəsinin qalıqlarını ölkənin şimal-şərqində Lipo yaşayış məntəqəsindən 16 kilometr məsafədə dəniz səviyyəsindən 3650 metr hündürlükdə aşkarlayıb”, – deyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib. Qəza zamanı təyyarənin göyərtəsində olan insanların taleyi barədə məlumat verilmir.

Xatırladaq ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də yerli vaxtla saat 12:25-də radarlardan itmişdi. Pilotlar təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra dispetçerlə axırıncı dəfə əlaqə saxlayıb. Təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü və beş sərnişin olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>