İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib | SON XƏBƏR | SON XƏBƏR

İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib

Hindistanın mərkəzi hissəsində yerləşən Cənub-Şərqi Sulavesi əyalətində daşqın və sürüşmə səbəbindən ümumilikdə 5 min 703 nəfər öz evini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə ölkənin Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroxoya istinadən "Sinhua" məlumta yayıb.

Nuqroxo bildirib ki, leysan yağışlar nəticəsində Lalindu, Valasola və Landave çayları öz məcrasından çıxıb və kəndləri su basıb ki, bu da yerli sakinləri öz evlərini tərk edərək daha hündür ərazilərdə sığınacaq tapmağa məcbur edib.

Onun sözlərinə görə, daşqınlar 202 evi yuyub aparıb, 4 körpü dağılıb, 1000 hektara yaxın düyü sahəsi və 420 ha balıq süni gölü su altında qalıb.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>