Kəndimizin son günü: Özəl 146-ci fəsil | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü: Özəl 146-ci fəsil

 Kəndimizin son günü: Özəl 146-ci fəsil

Yaddaşlarımızda,gözlərimizin didəsində dəfn edilmiş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Qarabağın bəy yurdu olan,qədim-qayım,ağır ləngərli kəndimizdə qadınların,qızların,ağbirçəklərin qəbristanlığa getmələri,cənazəni aparan dəstədə,qafilədə görünmələri mümkünsüz idi.Ən ağır dərdli analar,bacılar,həyat yoldaşlarını itirən qadınların uzağı yas düşmüş həyətin darvazasından biraz irəli gedərək son mənzilə əbədi olaraq itirib yola saldıqlarını gözlərinin yaşları,ürəklərinin az qala parçalanaraq içlərinə səssiz-səssiz axan qanları ilə müşayət etmək imkanları,yazılmamış qanunlarla tənzimlənən hüquqları var idi.

Rüstəm kişinin,özlərinə əl qataraq,yaxalarını,üzlərini cıraraq qanı daman şıramlar açmış,saçlarını yolaraq çəngə-çəngə qara yellərə verən həyat yoldaşını,qızlarını,bacılarını,simsar qadınlarıda darvazadan ayaqları çölə ataraq hesabadar Şirinin həyətindən yola boylanan alçaq qoz ağacına çatmamış ərki çatan,sözü keçən ağsaqqallar demək olar ki,zorla geri qaytara bildilər,bu zaman özlərində olmayanları,Sahibin ana-bacılarını qoltuqlarda güclə sürüyüb həyətə saldılar ki,gələnlərin getdiyi dünya erməni-rus zavalına gəlmiş növbəti şəhidi sonsuzluğa,əbədiyyətə qovuşdursun.Alagöz xalanın qızlarınnın sir-sifətlərindəki cızıqların qanı quruyub qartmaqlansada bu ağır dərddən madar oğul,tək ümüdləri olan qardaş həsrəti bu ailənin üstündən qara yellər kimi elə asılmışdı ki,nə içlərində,daxillərindəki,nədə laylayıb dırnaqları ilə sözün əsil mənasında yerə qoyduqları sağalmayaraq,təbii ki,zamanın dərdi öldürən məlhəm deyilən illəri,ayları,günləri,saatları,dəqiqələri,   saniyələri zahirən sağalmasada bir ömür ta qəbir evinə qədər onların təqibçisi,gözlərinə əbədi hörmüş,dərdli  qübar kimi çökərək heç bir sevinclə,davamlı çadlıqlarla belə silinməyərək daşlaşdı,heykəlləşdi.Ötən əsrin   ölkəmizdən sovetlər tufanının bax belə namərdcəsinə,erməni-rus məkirinin,türk düşmənçiliyi olaraq vaxtsız-vədəsiz qopartdığı,baltaladığı cavan ömürlərin anaları,bacıları isə ayaq üstə heykəllərə dönərək dərd əlindən  daşlaşdılar və azından-çoxundan doymadıqları ömürlərinə əlvida deyərək vaxtsız-vədəsiz özlərinin ciyərparalarının yaralı ruhlarına qovuşdurdular.

Hə,Rüstəm kişi,eldə-obada xeyrin-şərin birinci çatanı olduğundan qəddi əyilib,beli bükülmüş,elə bil xəzan yarpağı kimi saralmış bu nər kişiyə də dərdini çəkə bilmək əzabı qalırdı,camaat hər işi səliqə-səhmanla yerinə yetirdiyindən,qara ağızlı qəbir hazır,qonşu Yusifcanlı kəndindən dəvət edilmiş mollada təzə qazılıb qalaqlanmı torpaq təpəsinin üstündə dizləri üstündə qatlanaraq əlli-ayaqlı cavanlara son tapşırığını verirdi ki,məxsusi tədbirləri yerinə yetirdikdən sonra gün əyilməmiş cənazəni dəfn etsinlər.O illər cənnətməkan Əsədov Məhəmmədəli xanəndəlik yolçuluğunda olduğundan kəndimizin yas məclisini adətən qonşu kəndlərdən,yada  rayon mərkəzindəki qoşa minarəli məşhur Ağdam məsciddən dəvət edilən din xadimləri apararaq başa çatdırardılar.Qəbir yerlərini adətən pəhləvan cüssəli,elin-obanın ləyaqətli oğlu,xeyir-şər məclislərinin yaraşığı cənnətməkan Xanoğlan Əliyev,Məmmədov Elyas Dadaş oğlu,Teymurov Xanlar nişanlayıb qazar,cənazə qəbirstanlığa çatana qədər hazırlardılar.Atasına-anasına bacılarına dağ çəkib əbədiyyət yolçusu olan sovet dövrünün şəhidlərindən olan Rüstəmov Sahib Rüstəm oğlunun da ruhuna fatihə deyərək,uca tanrıdan rəhmətlər diləyirik!Məkanı cənnət,torpağı yumşaq olsun! deyərək bir nüansıda yazmaqla bu qəmli,faciəli həyat hekayətinədə hələlik son verirəm.

Sahibini faciəli surətdə itirən Rüstəm kişi meylini qız nəvəsi,yaxın qohumu,Rüstəmov Məhyəddinlə evli olan qızı Şəfiqənin ilk övladı Faiqə salaraq az qala onunla nəfəs alaraq elə bil yanan ürəyinə su səpirdi.Dünya da öz işində idi,gələnləri qarşılayır,vaxtlı-vaxtsız gedənləri də yola salmaqla,zaman adlı dəyirmanıda ağlı-qaralı,acılı-şirinli günlərimizi üyütdüyü yaşadığımız günlərdə babasına,nənəsinə,anasına,xalalarına,sevənlərinə üzünü görmədiyi,ancaq ağ-qara fotolardan boylanan dayısının faciəsini azda olsa unutduran Faiqə,böyüdü,evləndi,oğul-uşaq sahibi oldu və sevimli babasınıda,nənəsi tərəkəmə qızı Alagöz xalanıda yaşadıqları,məskunlaşdıqları Mingəçevir şəhərində ömürlərinin ixtiyar çağında itirərək,layiqincə adlarına namlarına yaraşan kimi dəfn edərək,elə bil onlarla bərabər dünənlərdə qalmış,bir əl çatımında Novruzlunun  indi qan ağlayan cığırlarına,erməni tanklarının qanlə tırtılları altında inləyən yollarına hopmuş,oraları hələdə tərk eləməmiş,əziz,sevimli,ərköyün uşaqlığınıda itirərək əbədiyyətə qovuşduğunu,nisgilli gözləri sanki görsədə saxlamağa əli,çığırmağa səsi yetədi elə bil.Rüstəm kişi ilə Alagöz anayada uca tanrıdan rəhmət diliyərək, onların dərdli həyat hekayətlərinə hələlik son veririk.Gələn fəsildədə ürəyimizi didənləri yazacağıq,nələr,nələr.

Ardı var.

Teylor Fətişoğlu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>