Miqrantların olduğu avtomobil qəza törətdi: 6 ölü, 5 yaralı | SON XƏBƏR | SON XƏBƏR

Miqrantların olduğu avtomobil qəza törətdi: 6 ölü, 5 yaralı

Miqrantların olduğu avtomobil qəza törətdi: 6 ölü, 5 yaralı

ABŞ-ın Korpus-Kristi şəhərində (Texas ştatı) miqrantların olduğu avtomobil qəza törədib.

Polislərdən qaçmağa çalışan avtomobil su kanalına çırpılıb.

Qəza nəticəsində Salvador vətəndaşı olan 6 miqrant həlak olub, 5-i isə yaralanıb.

Bildirilir ki, Robstaun şəhərinin polisləri miqrantların olduğu avtomobili saxlamağa çalışıb, lakin havanın əlverişsiz olması səbəbindən təqibi dayandırıb. Daha sonra avtomobilin keçdiyi yoldan qayıdan iki yaralı miqrantı görən polislər onlar tərəfindən qəza haqqında məlumatlandırılıblar.

 Qəza baş verən yerdə 6 miqrantın meyiti və yaralı 3 nəfər aşkar edilib.
Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>