Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulmuşdur | SON XƏBƏR | SON XƏBƏR

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulmuşdur

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini  törədən sürücü tutulmuşdur

Baş Prokurorluq Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxəbər.info-ya bildirilib ki, iyunun 7-də Bərdə rayon ərazisində 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində avtomobildə olan sərnişinlər – İlyas Gülməmmədov və Nizami Əliyevin aldıqları xəsarətlərdən xəstəxanada vəfat etmələri faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>