Prezident İlham Əliyev Əməkdar artistə mənzil hədiyyə edib | SON XƏBƏR | SON XƏBƏR

Prezident İlham Əliyev Əməkdar artistə mənzil hədiyyə edib

Prezident İlham Əliyev Əməkdar artistə mənzil hədiyyə edib

Prezident İlham Əliyev Əməkdar artist Vəfa Zeynalovaya mənzil hədiyyə edib.

“Report”un xəbərinə görə, bu barədə aktrisa “Facebook”dakı səhifəsində yazıb.

O, ölkə başçısına təşəkkür ünvanlayıb:

“Möhtərəm cənab Prezident, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il keçir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm. İncəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdıgınıza görə, sənətə və sənətkarlara sahib cıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah dövlətimizi, xalqımızı və sizi qorusun”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>