“Qəbələ”dən ayrılan futbolçu “Zirə”yə keçib | SON XƏBƏR | SON XƏBƏR

“Qəbələ”dən ayrılan futbolçu “Zirə”yə keçib

“Qəbələ”dən ayrılan futbolçu “Zirə”yə keçib

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

“Qəbələ”dən ayrılan Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Cavid Hüseynovun “Zirə”nin mətbuat xidmətinə keçidi ilə bağlı açıqlama verib: “Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq.

Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, “Zirə” ilə müqavilə imzaladığma görə şadam”.

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “Keşlə”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>