Sami Yusuf Bakıya gəlib | SON XƏBƏR | SON XƏBƏR

Sami Yusuf Bakıya gəlib

Azərbaycan əsilli müğənni Sami Yusuf Bakıya gəlib.

"Report" xəbər verir ki, bu barədə sənətçi öz "İnstagram" hesabından məlumat verib.

Sənətçi Dənizkənarı Milli Parkda çəkdirdiyi fotonu paylaşaraq "Gözel Bakıdan həzz alıram" deyə yazıb.

Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslam dünyasının ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur müsəlman ingilisi” elan olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>