XİN cəbhə xəttində hərbçimizin həlak olması ilə bağlı açıqlama yayıb | SON XƏBƏR | SON XƏBƏR

XİN cəbhə xəttində hərbçimizin həlak olması ilə bağlı açıqlama yayıb

XİN cəbhə xəttində hərbçimizin həlak olması ilə bağlı açıqlama yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi cəbhə xəttində hərbçimizin həlak olması ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir”.

Məlumatda vurğulanır ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>