İyul 2, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » İyul » 02

Şöbə rəisi: “Azərbaycanda aparılan islahatlar insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmininə yönəlib”

Şöbə rəisi: “Azərbaycanda aparılan islahatlar insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmininə yönəlib”

“Azərbaycanda aparılan islahatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır”. Bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Azərbaycan Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə iddiasının apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Mürvət Həsənov deyib. […]

Metroda yeni qatarlar xəttə buraxıldı – Daha 20 vaqon gətiriləcək

Metroda yeni qatarlar xəttə buraxıldı – Daha 20 vaqon gətiriləcək

Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC-nin Bakı metropoliteni üçün istehsal etdiyi 10 vaqondan ibarət iki qatar tərkibi bu gün xəttə buraxılıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı metropoliteninin lokomotiv parkının yenilənməsi yalnız yüksək standartların tələblərinə cavab verən yeni nəsil vaqonların hesabına aparılır. Bu məsələ “Bakı Metropoliteni”nin perspektiv inkişaf planının […]

Mərkəzi Elmi Kitabxana “Anar – 80…Şəxsiyyətin tarixi” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Anar – 80…Şəxsiyyətin tarixi” kitabının təqdimatını keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası “Anar – 80…Şəxsiyyətin tarixi” kitabının təqdimatını keçirib. Sonxəbər.info xəbər verir ki,tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq “altmışıncılar” ədəbi nəslinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, XX əsrin 70-80-ci illərində ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, […]

2 iyul Azərbaycanda Polis Günüdür

2 iyul Azərbaycanda Polis Günüdür

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin […]

Oturaq vəziyyətdə çalışanlar nələrə diqqət etməlidir?

Oturaq vəziyyətdə çalışanlar nələrə diqqət etməlidir?

Deyirlər ki, sağlam  bədəndə sağlam  ruh olar.  Bu  baxımdan da sağlamlığımızın qorunması çox önəmli məsələdir. Sağlamlığımıza  ziyan  vuracaq  istənilən vərdişdən  isə  birmənalı şəkildə imtina  etməliyik. Günün  əsas hissəsini  oturaq  vəziyyətdə keçirmək  orqanizmin sağlamlığı üçün  ciddi təhlükələr yaradır. İş qrafikindən, gündəlik rejimdən  asılı olaraq  insanların  fiziki  forması dəyişir. Bəzilərimiz  əsasən hərəkətli  rejimdə çalışırsa, digərlərimiz isə standart  […]

İdmançılarımız Vətənə qayıdıblar

İdmançılarımız Vətənə qayıdıblar

  İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edən karateçilər və akrobatlar Vətənə qayıdıblar Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən Azərbaycan karateçiləri və akrobatları iyulun 2-də Vətənə qayıdıblar. İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar. İdmançılarımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və […]

Sağlamlığımızın düşməni: qazlı içkilər

Sağlamlığımızın düşməni: qazlı içkilər

Yay mövsümünün gəlişi ilə qazlı içkilərə olan tələbat daha da artıb. Xüsusilə də azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizminə zərərli təsirlər edir. Əvvəla onu qeyd edək ki, qazlı suyu içdikdən 1 saat sonra orqanizmdə bir sıra proseslər gedir. Belə ki, ilk 10 dəqiqə – 250 ml-lik həcmində qazlı su orqanizmə 10 çay qaşığı şəkər […]

Bakıda daha iki rəngdə tullantı konteynerləri olacaq (FOTO)

Bakıda daha iki rəngdə tullantı konteynerləri olacaq (FOTO)

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə – bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun Trend-ə verdiyi məlumata görə, bununla əlaqədar bu sahədə ciddi təcrübəyə malik Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq […]

Atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyindən Sonxəbər.info-ya verilən məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.