İyul 7, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » İyul » 07

Birinci vitse-prezident Azərbaycan xalqını Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətilə təbrik edib

Birinci vitse-prezident Azərbaycan xalqını Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətilə təbrik edib

“Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!” “Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın […]

YAP “Gənc Liderlərin” yay məktəblərinə start verib

YAP “Gənc Liderlərin” yay məktəblərinə start verib

Bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc Liderlərin” yay məktəblərinə start verilib. Trend-in məlumatına görə, layihədə Respublika üzrə YAP rayon (şəhər) təşkilatlarının fəal gəncləri iştirak edir. YAY məktəbləri Oğuz və Lerik rayonlarının tanınmış istirahət mərkəzlərində davam edəcək. Gəncləri YAP İcra-katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qəbul edib, öz tövsiyyələrini verib, iştirakçılara uğurlar arzu […]

Ağdərənin işğalından 26 il ötür

Ağdərənin işğalından 26 il ötür

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümüdür. “Report” xəbər verir ki, iyirmi altı il əvvəl –1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri – Ağdərə rayonu və onun kəndlərini işğal ediblər. İşğala […]

Atəşkəs ara-sıra açılan atəşlə pozulub

Atəşkəs ara-sıra açılan atəşlə pozulub

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Bu barədə Sonxəbər.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb – YENİLƏNİB – FOTO

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb – YENİLƏNİB – FOTO

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, axtarışlar nəticəsində 2007-ci il təvəllüdlü Rüzgar Rizayevin də meyiti tapılıb. Hər iki meyit tibbi ekspertizaya aparılıb. Qeyd edək ki, çayda batan yeniyetmələr 2004-cü il təvəllüdlü  Akif Arzu oğlu Səfərov və 2007-ci il təvəllüdlü Rzayev Rüzgar Famil oğlu Gəncə şəhər sakinləridir və həmin yerə […]

Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib

Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib

Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi, 1990-cı il təvəllüdlü gizir Ağalarov Amiddin Şahmalı oğlu Qusarda dəfn edilib. “Report”un Şimal bürosunun verdiyi məlumata görə, gizir Ağalarov Amiddin Şahmalı oğlu doğulduğu Piral kəndində Müdafiə Nazirliyinin nümayəndələri, mərhumun xidmət yoldaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonun idarə, müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn […]

Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb

Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb. “Report”un məlumatına görə, 24 yaşlı idmançı qadınlar arasında dayaqla tullanma yarışında 14,000 xalla 1-ci yeri tutub. O, rusiyalı ən yaxın izləyiciləri Liliya Axaymova (13,975) və Yana Fyodorovanı (13,925) üstələməyi bacarıb. Qeyd edək ki, bu, Azərbaycanın Universiadada ikinci medalı olub. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.

Sabah Bakıda hava yağmursuz olacaq, rayonlarda yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda hava yağmursuz olacaq, rayonlarda yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyi əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, […]

Gənc yazıçı İkinci Mahmud dəfn olunub

Gənc yazıçı İkinci Mahmud dəfn olunub

 Ötən gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) dəfn olunub. “Report” xəbər verir ki, onun cənazəsi doğulduğu Ağstafa rayonununMuğanlı kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində yazıçılar, mərhumun dostları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da səhər saatlarında Bakıda, yaşadığı evdə ürəktutmasından vəfat edib.