İyul 8, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » İyul » 08

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Yanardağ” Qoruğunda yoqa və poeziya axşamında iştirak edib (FOTO)

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Yanardağ” Qoruğunda yoqa və poeziya axşamında iştirak edib (FOTO)

İyulun 7-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “SÖZ” adlı ədəbi layihə çərçivəsində yoqa və poeziya axşamı təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr edilib. Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim edib. […]

Oğuzda YAP-ın “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin açılışı olub

Oğuzda YAP-ın “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin açılışı olub

Yeni Azərbaycan Partiyası  “Gənc liderlər üçün yay məktəbləri” layihəsinə start verib. İyulun 8-də Oğuz şəhərindəki “AFRA” otelinin konfrans zalında layihənin açılış mərasimi olub. Mərasimdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək davamlı olaraq keçirilən yay məktəblərinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların […]

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I

Polis və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Sonxəbər.info-ya verilən məlumata görə, cari il iyunun 24-də rayonun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir […]

“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

Ölkənin ən geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəyə malik “Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb. Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri “Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər. Qeyd edək ki, “Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, […]

Bakı Şəhər Prokurorluğunda işə qəbul üzrə müsabiqə başa çatıb

Bakı Şəhər Prokurorluğunda işə qəbul üzrə müsabiqə başa çatıb

Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar keçirilən müsabiqə başa çatıb. Bu barədə Sonxəbər.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminin daha da müasirləşdirilməsi konsepsiyası çərçivəsində imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanında prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi sahəsində olan fəaliyyətin keyfiyyətinin artırılması […]

Hava meteohəssas insanlar üçün əlverişli olacaq

Hava meteohəssas insanlar üçün əlverişli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Sonxəbər.info-ya  verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer […]

Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir

Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir

ADA Universitetində Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir. Tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak edirlər. Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il […]

Milli Məclisin deputatları gələn həftə tətilə çıxacaqlar

Milli Məclisin deputatları gələn həftə tətilə çıxacaqlar

Azərbaycan Milli Məclisinin (MM) deputatları gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə […]

Bakıda zibil yığılması üçün hər mənzilə 2 cür paket paylanıb

Bakıda zibil yığılması üçün hər mənzilə 2 cür paket paylanıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirir. BŞİH-dən  verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə birgə paytaxtda həyata keçirilən yeni layihə – bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı sakinlərə məlumat verilib. Bildirilib […]

Təmas xəttində nisbi sakitlik müşahidə olunub

Təmas xəttində nisbi sakitlik müşahidə olunub

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyindən Sonxəbər.info-ya  verilən məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Page 1 of 212