2019-2020-ci dərs ilinin tədris planları təsdiqlənib | SON XƏBƏR | SON XƏBƏR

2019-2020-ci dərs ilinin tədris planları təsdiqlənib

Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib.

Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycanın tədrisi Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

Daha bir əmrlə azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və “Qeydlər” də təsdiq edilib.

Əmrlərin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>