32 yaşlı azərbaycanlı Ukraynada deputat olmaq istəyir | SON XƏBƏR | SON XƏBƏR

32 yaşlı azərbaycanlı Ukraynada deputat olmaq istəyir

32 yaşlı azərbaycanlı Ukraynada deputat olmaq istəyir

Ukraynada yaşayan 32 yaşlı azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb.

Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Fərhad Davud oğlu Quliyev Ukrayna Ali Radasına keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 39-cu seçki dairəsinə sənədlərini təqdim edib.

Qeyd edək ki, F.Quliyev Ukraynanın Dneproprtrovsk vilayətində anadan olub. Heç bir partiyanın üzvü deyil. O, hazırda Kiyev şəhər dövlət administrasiyasında inşaat və mənzil təminatı departamentində məhkəmə və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>