Ağcabədidə bu yollar yenidən qurulur | SON XƏBƏR | SON XƏBƏR

Ağcabədidə bu yollar yenidən qurulur

Ağcabədidə bu yollar yenidən qurulur

Prezident İlham Əliyev rəhbərliyi ilə icra olunanregionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarnda sosial-infrastruktur layihələr arasındayol infrastrukturunun yenidən qurulması önəmli yer tutur. Bu çərçivədə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib və keçirilməkdə davam etdirilir. Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulur.

Uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu 4.2 km Boyat, 4 km Qaraxanlı və 3.1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6.7 km uzunluğa malik yoludur.

Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan avtomobil yolları yararsız vəziyyətdə idi. Kəndlərə gedən və kənddaxili avtomobil yollarında torpaq yatağının orta eni 5.2-7.5 m təşkil edirdi.

Vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb.

Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 416 paqon-metr uzunluğunda müxtəlif diametrlərə malik dəmir-beton boruların quraşdırılması işləri aparılıb.

İnşaat norma və qaydalarının tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>