Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər | SON XƏBƏR | SON XƏBƏR

Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər

 Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər

Tərtər sakinləri 6 aylıq körpəni həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb gediblər.

Bərdə rayon prokurorluğundan Sonxəbər.info-ya  bildirilib ki, iyulun 22-də Tərtər rayonu, Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum olunmuş nəvələri 2011-ci il təvəllüdlü İlkin Quliyev (ad, soyad şərtidir) və 6 aylıq körpə Rza Quliyevi (ad, soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması rayon polis şöbəsinin İstintaq bölməsinə tapşırılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyən edilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilərək ataları Sərxan Kərimova təhvil verilib.

 Hazırda uşaqların səhhəti normaldır.

Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>