Bu günə olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib | SON XƏBƏR | SON XƏBƏR

Bu günə olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib

Bu günə olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib

İyulun 15-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 19:00-da “IA 429” saylı Süleymaniyədən Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 20:00-da Bakıdan Süleymaniyə istiqamətində “IA 430” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>