Bunları bilmək maraqlıdır... | SON XƏBƏR | SON XƏBƏR

Bunları bilmək maraqlıdır…

Yeni mühitdə yatan zaman beyinin yarısı oyaq qalır.

Dəstə halında pul saymağın ruhu sakitləşdirir və güvən hissini artırır.

Bir saat mahnı oxumaq stresinizi azaldar, immun sisteminizi yaxşılaşdırar.

İnsanın beyni ilə qarnı arasında bağlantı var. Bu səbəbdən də həyəcan keçirdiyimiz zaman qarın nahiyəsində ağrı hiss olunur.

Gözlərimiz qapalı olanda aldığımız məlumatı daha tez qavrayırıq.

İnsanların 72%-nin ağlına ən gözəl fikirlər duşdaykən gəlir.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər.

Əgər ananası ağzınızda uzun müddət saxlasanız, o sizi “yeməyə” başlayır. Ananasın içindəki zülallar əti əridə biləcək qədər qüvvətlidir.

İnsanların 90%-i gecə yatarkən əlini çarpayıdan aşağı sallamaqdan qorxurlar.

Qırmızı və sarı rənglər aclıq hissini yaradır. Buna görə də “Fast Food” markalarının çoxu bu rənglərdən istifadə edir.

İnsanlar bir şeyləri uydurduqlarında yuxarı və sağa doğru baxarlar. Əgər bir şeyi həqiqətən xatırlamağa çalışırlarsa da aşağı və sola doğru baxırlar.

Kədərli olarkən təskinlik üçün daha çox pul xərcləyirik.

Kitab oxumaq beyin hüceyrələrinin ölməsinin qarşısını alır.

İnsanlar fiziki olaraq yorulduqda daha dürüst olmağa meyillidirlər. Buna görə də gec saatlarında edilən söhbətlərdə etiraflar daha tez-tez olur.

Araşdırmaya görə qadınların ortalama sirr tuta bilmə müddətləri 47 saat 15 dəqiqədir.

Gecələr yata bilmirsinizsə kitab oxuyun. Gözləriniz yazıları izləyərkən yorulacaq və bağlanmağa başlayacaq.

İnsanların 47%-nin onlayn söhbətə sərf etdiyi vaxt real həyatdakından daha çoxdur.

Solaryum prosesi dəri xərçənginə tutulma riskini 73% artırır.

Acı bibər dəridə qan dövranını sürətləndirir, nəticədə saçların tökülməsi azalır.

Kompyuter ekranına baxmaq gözü zəiflətməz, sadəcə gözü yorar.

Qadınların gözəlliyini büruzə verdiyi zaman 30-33 yaşlar arasıdır.

Asqırmağı dayandırmağa cəhd etməyə çalışsanız, baş və boyun damarlarınızı zədələyə bilərsiniz.

1 saat saqqız çeynəmək 11 kalori itirməyinizə səbəb olur.

Qulaqcıqdan 1 saat istifadə etmək qulağınızdakı bakteriyaları 700 dəfə artırır.

Telefon uçuş rejimindəykən enerjini daha sürətlə yığır.

Bədəndəki ən qalın dəri daban hissəsində yerləşir və qalınlığı 4 mm-dir.

Gülmək yaddaş tutumunuzu artırır.

Bal xarab olmayan yeganə qidadır.

Yağış zamanı torpaqdan gələn və bir çox insanın sevdiyi qoxuya “petrikor” deyilir.

Yaqut Ağaşahqızı, “İki sahil”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>