Çində leysan: 77 min nəfər təxliyə edilib | SON XƏBƏR | SON XƏBƏR

Çində leysan: 77 min nəfər təxliyə edilib

 Çində leysan: 77 min nəfər təxliyə edilib

Çinin Çjeszyan, Tszyansi, Hunan, Sıçuan, Quyçjou əyalətlərində, həmçinin Çunsin şəhərində və Quansi-Çjuan muxtar rayonunda leysan yağışları səbəbindən 77 min nəfər təxliyə edilib.

AZƏRTAC “People’s Daily” qəzetinə istinadla xəbər verir ki, bu barədə ÇXR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Leysan yağışları 1,6 milyon sakinin normal həyatını pozub, 77 min nəfər isə təxliyə edilib. Bundan əlavə, 1,6 min ev dağılıb, 7,9 min bina isə zədələnib. Təbii fəlakətin ölkəyə vurduğu zərər 2,69 milyard yuan (təxminən 390,66 milyon dollar) həcmində qiymətləndirilir.

Meteoroloqların məlumatına əsasən, iyulun 10-da Quyçjou, Quansi, Hunan, Tszyansi, Çjeszyan və Fuszyan əyalətlərində leysan yağışları davam edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>