DSX: Gürcüstan vətəndaşları “Keçikçi qala”da Azərbaycanın sərhəd naryadına qarşı insident törədib | SON XƏBƏR | SON XƏBƏR

DSX: Gürcüstan vətəndaşları “Keçikçi qala”da Azərbaycanın sərhəd naryadına qarşı insident törədib

DSX: Gürcüstan vətəndaşları “Keçikçi qala”da Azərbaycanın sərhəd naryadına qarşı insident törədib

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.

“Report” xəbər verir ki, məlumatda deyilir:

“İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>