Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb – YENİLƏNİB – FOTO | SON XƏBƏR | SON XƏBƏR

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb – YENİLƏNİB – FOTO

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb – YENİLƏNİB – FOTO

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, axtarışlar nəticəsində 2007-ci il təvəllüdlü Rüzgar Rizayevin də meyiti tapılıb. Hər iki meyit tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, çayda batan yeniyetmələr 2004-cü il təvəllüdlü  Akif Arzu oğlu Səfərov və 2007-ci il təvəllüdlü Rzayev Rüzgar Famil oğlu Gəncə şəhər sakinləridir və həmin yerə çimmək üçün gediblər. Lakin suvarma kanalında çimərkən batıblar.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.


***14:44

Göygöldə suda boğulanlardan birinin meyiti tapılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə çayının Göygöl şəhərin ərazisindən keçən hissəsində qeydə alınıb.

Göygöl rayon sakinləri, 15 yaşlı Akif Səfərov və 12 yaşlı Rüzgar Rzayev çay üzərində qurulan suvarma kanalında batıblar. Axtarışlar zamanı A.Səfərovun meyiti tapılıb. R.Rzayevin axtarışı isə davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>