İran 3 Rusiya vətəndaşını Britaniya gəmisində saxlayır | SON XƏBƏR | SON XƏBƏR

İran 3 Rusiya vətəndaşını Britaniya gəmisində saxlayır

İran səlahiyyətliləri tərəfindən Hörmüz boğazında saxlanılan Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerinin bütün heyət üzvləri araşdırma bitənə qədər gəmidən buraxılmayacaq.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

İranın Hörmüzgan vilayətinin limanlara məsul olan agentliyi Britaniya tankerinin İranın balıqçı gəmisinin iştirakı ilə insidentdə iştirak etdiyini və tankerin bu səbəbdən saxlanıldığını açıqlayıb. Məlumata görə, tanker hazırda İranın Bəndər Abbas limanındadır, 3-ü Rusiya vətəndaşı olmaqla, 23 nəfərlik ekipaj üzvləri insidentin araşdırılması bitməsinə qədər gəmidə qalacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>