İranın Dəmir Yolları Şirkətinin rəhbəri Bakıya gəlib | SON XƏBƏR | SON XƏBƏR

İranın Dəmir Yolları Şirkətinin rəhbəri Bakıya gəlib

 İranın Dəmir Yolları Şirkətinin rəhbəri Bakıya gəlib

İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli Azərbaycana səfər edib.

Bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, Səid Rəsuli “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Cavid Qurbanov və Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə müzakirələr aparacaq.

Səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt-Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar.

 İranın Dəmir Yolları Şirkətinin direktoru Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə, o cümlədən iqtisadiyyat naziri ilə görüşü də nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>