İtaliyada qasırğa və daşqınlar tüğyan edir | SON XƏBƏR | SON XƏBƏR

İtaliyada qasırğa və daşqınlar tüğyan edir

İtaliyada qasırğa və daşqınlar tüğyan edir

İtaliyanın Livorno əyalətində qasırğa bir neçə sənaye müəssisəsinin damını uçurub, Piza şəhərinin cənubunda isə güclü tufan böyük daşqınlara səbəb olub.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, baza günü axşamdan başlayaraq İtaliyanın şimalında dolu ilə müşahidə edilən qasırğa tüğyan edib və şiddətli yağışlar yağıb.

Bu gündən etibarən isə ölkənin cənubunda və mərkəzində temperatur 10 dərəcəyədək aşağı enəcək.

Qeyd edək ki, iki həftə idi İtaliyada isti və bürkülü hava şəraiti hökm sürürdü.

“Coldiretti” şirkətinin məlumatına görə, bu yay İtaliya ərazisində ümumilikdə 117 dəfə ekstremal hava şəraiti müşahidə edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>