Masallıda ağır qəzada ölənlər və xəsarət alan 2 nəfərin kimliyi məlum oldu | SON XƏBƏR | SON XƏBƏR

Masallıda ağır qəzada ölənlər və xəsarət alan 2 nəfərin kimliyi məlum oldu

Masallıda ağır qəzada ölənlər və xəsarət alan 2 nəfərin kimliyi məlum oldu

Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Masallı Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Masallıda yük maşınının “Mersedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>