Nazir müavini: “Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır” | SON XƏBƏR | SON XƏBƏR

Nazir müavini: “Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır”

 Nazir müavini: “Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır”

 “Təəssüf ki, bu gün təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O xatırladıb ki, 2014-cü ildən müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılır: “Bu qiymətləndirmə ilk dəfə idi keçirilirdi və məqsəd də o idi ki, hazırda təhsil sistemində çalışan işçilərin ixtisas bilikləri və metodikanı bilmə səviyyələri müəyyənləşdirilsin. Qiymətlədirmə nəticəsində məlum oldu ki, bu gün təhsil sahəsində elə insanlar çalışır ki, onlar heç öz ixtisas fənlərini kifayət qədər yaxşı bilmirlər. Bu da təəssüf doğurur. Bu gün də təhsil sistemində çalışanlar arasında öz ixtisas fənlərini yaxşı bilməyən müəllimlər var. Düzdür, onların sayı çox deyil”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>