Nazir müavini: “Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apelyasiya məsəlinə baxa bilərik” | SON XƏBƏR | SON XƏBƏR

Nazir müavini: “Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apelyasiya məsəlinə baxa bilərik”

Nazir müavini:  “Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apelyasiya məsəlinə baxa bilərik”

Bu günə qədər müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində 2280 sual imtahan iştirakçılarının ixtiyarına verilib ki, onlardan yalnız 8-də səhv çıxıb.

Sonxəbər.info xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini bildirib ki, mütəxəssislər tərəfindən hazırlanan sualların cavablarının doğruluğu şübhə altına alına bilməz: “Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apelyasiya məsəlinə baxa bilərik”.

 M.Vəliyeva qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində kompüterdən istifadə üçün tam şərait yaradılıb: “Texniki avadanlıqların bütün parametrləri ölçülüb. Lakin müəyyən istisnalar olduqda, yəni imtahan prosesində kompüter donduqda və ya hər hansı nasazlıq yarandıqda namizəd zaldakı nəzarətçilərə müraciət etməlidir. Belə hal aşkar olunarsa, mütləq şəkildə nasazlığın aradan qaldırılması üçün ona ayrılan vaxt dayandırılır və sualların cavablandırılması üçün əlavə vaxt verilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>