Oturaq vəziyyətdə çalışanlar nələrə diqqət etməlidir? | SON XƏBƏR | SON XƏBƏR

Oturaq vəziyyətdə çalışanlar nələrə diqqət etməlidir?

Oturaq vəziyyətdə çalışanlar nələrə diqqət etməlidir?

Deyirlər ki, sağlam  bədəndə sağlam  ruh olar.  Bu  baxımdan da sağlamlığımızın qorunması çox önəmli məsələdir. Sağlamlığımıza  ziyan  vuracaq  istənilən vərdişdən  isə  birmənalı şəkildə imtina  etməliyik.

Günün  əsas hissəsini  oturaq  vəziyyətdə keçirmək  orqanizmin sağlamlığı üçün  ciddi təhlükələr yaradır. İş qrafikindən, gündəlik rejimdən  asılı olaraq  insanların  fiziki  forması dəyişir. Bəzilərimiz  əsasən hərəkətli  rejimdə çalışırsa, digərlərimiz isə standart  olaraq  oturaq  rejimdə çalışır.

Masa arxasında fasiləsiz olaraq əyləşmək eyni zamanda çəki artımına da gətirib çıxarır. Həddindən artıq kökəlməyin qarşısını almaq üçün masada yüngül və az kalorili qəlyanaltılar saxlaya bilərsiz. Yadda saxlamaq lazımdır ki, masada yüksək kalorili qidaların olması hərəkətsizliklə yanaşı, kökəlməyə və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Buna  görə də oturaq  vəziyyətdə çalışan insanlar diqqətli olmalıdır. Belə ki,    ofis işçiləri demək olar ki, günün üçdə bir hissəsini masa arxasında çalışaraq keçirirlər. Bu səbəbdən də belə insanlar tez-tez boyun, bel, göz, baş ağrılarından şikayət edirlər.  Kompyuterlə çalışan insanlar göz ağrılarından xilas olmaq üçün ilk növbədə 20 dəqiqədən bir 20 saniyə fasilə verməlidir. Daha çox 6 metr uzaqlığa baxmağınız məsləhət görülür. Bel ağrıları zamanı lazımi tədbirlər görülməsə, bu, ciddi problemlərə gətirib çıxara bilər. Bu kimi halların qarşısını almaq üçün əyləşdiyiniz stul masaya nə çox yaxın, nə də çox uzaq olmalıdır. Əgər stul masaya çox uzaq olarsa, bu, belinizin əyilməsinə, yaxın olarsa, stresə gətirib çıxarır. Boyun ağrısı problemi yaşayan şəxs sadə idman hərəkətləri etməklə bundan canını qurtara bilər.  Oturaq şəkildə boynunuza etdiyiniz masaj hərəkətləri çox faydalıdır. Həmçinin masa arxasında oturarkən işə ara verərək qalxıb gəzmək lazımdır. Baş və boyun düzgün vəziyyətdə olmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>