Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə | SON XƏBƏR | SON XƏBƏR

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

 Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında və beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.

Namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:

-Azərbaycan Respublikasının Konstitusiyası;

-“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

 -Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

-“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>