Qazaxda yeni salınmış yaşayış massivləri qazlaşdırılır | SON XƏBƏR | SON XƏBƏR

Qazaxda yeni salınmış yaşayış massivləri qazlaşdırılır

Qazaxda yeni salınmış yaşayış massivləri qazlaşdırılır

Düşmənlə sərhəddə yerləşən Qazax rayonu respublikamızın yüz faiz qazlaşdırılmış bölgələrindəndir. Bununla yanaşı, rayonda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması istiqamətində də işlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Ağstafa çayının sağ tərəfindəki ərazidə, eləcə də şəhərin N.Tusi və Bakı küçəsi 1 ünvanında salınmış yeni yaşayış massivlərində qaz xətlərinin çəkilişi davam etdirilir.

Sahə rəisi Anar Məmmədov bildirib ki, bu yaşayış massivində ilkin olaraq 16 evin qaz xəttinin çəkilişinə başlanılıb. Boru xəttinin diametri 76 millimetr, uzunluğu 135 poqonametr təşkil edir. Əraziyə 57 küçə xətti, 735 metr isə yerüstü xətt çəkilib. Qaz xəttinin çəkilişi ilə yanaşı, evlərdə sayğac və fərdi tənzimləyicilər də quraşdırılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>